Türkiyədə dəhşətli ailə faciəsi olub.
Ölkə.az lent.az-a istinadən bildirir ki, hadisə Bursa şəhərinin Nilufər qəsəbəsində baş verib. Burada rəngsaz işləyən 39 yaşlı Murat Kılıç yaşadığı evdə 3 övladı - 11 yaşlı Zeynəb və 6 yaşlı Aslını bıçaqla, 6 yaşlı Məhəmmədəlini isə boğaraq öldürüb.
Məlumata görə, arvadı Gülay Kılıç keçən il üç uşağı da buraxaraq, evdən gedib.
Murat Kılıç hadisəni törətdikdən sonra polisə məlumat verərək, təslim olub. Hadisə yerinə gələn polislər meyitləri götürüb və morqa təhvil veriblər.
Prokurorluqda araşdırma aparılır.