• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İcra başçısının müavini olmaq istəyən qohumundan 111 min alıb aldatdı



Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vətəndaş Aqil Zeynalov digər şəxslə əlbir olaraq əmisi oğlu Elçin Zeynalovdan 111 min manat alıb.

A.Zeynalov və əlbir olduğu şəxs zərərçəkənə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova birinci müavin təyin olunacağı barədə yalan vəd veriblər. İşin reallaşması üçün isə ondan pul alıblar.

Elçin Zeynalov əvvəllər Ağcabədi rayonunda icra strukturunda işləyib. Sonradan pul qarşılığında icra başçısının birinci müavini olmaq istəyib. Bunun üçün o, əmisi oğlu vasitəsilə tanıdığı, özünü yaxşı əlaqələri olan şəxs kimi təqdim edən digər təqsirləndirilənlə əlaqəyə keçib.

Xeyli vaxtdır, axtarışda olan Aqil Zeynalov bir neçə gün əvvəl saxlanılıb. Prokuror onun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

Hakim Gültəkin Əsədovanın qərarı ilə A.Zeynalov haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olmaqda şübhəli bilinən şəxsin isə axtarışı davam edir.

ƏN ÇOX OXUNANLAR

0.042282819747925