Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
"Ölkə.az" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Efiopiyanın Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində çoxsaylı insan itkisi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Efiopiya hökumətinə başsağlığı verir və zərər çəkmiş insanların tezliklə sağalmasına ümid edirik" , -məlumatda qeyd edilib.
We are deeply saddened by the news of many losses resulted by several landslides in Gofa region, #Ethiopia.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) July 24, 2024
We express condolences to the bereaved families, the Government of Ethiopia, and hope for the quick recovery of the people affected.@mfaethiopia