ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün bərqərar olması səylərini müzakirə edib.
Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfirliyin yaydığı məlumatda deyilir ki, o, iyulun 25-də İrəvanda səfərdə olub və Ermənistan rəsmiləri ilə görüşərək bölgədəki vəziyyət, Azərbaycanla sülh sazişi kimi məsələlər müzakirə olunub.
Səfirliyin məlumatında deyilir:
“Cənubi Qafqazda sosial və iqtisadi potensialından faydalanıb inkişaf etdirmək üçün sülh sazişinin vaxtı yetişib”.
Mürtəza
Ölkə.Az