• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19 %-ə qaldırıb



Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilən iclasında uçot dərəcəsini 100 baza bəndi - illik 19 %-ə qədər artırmaq barədə qərar qəbul edilib.

Ölkə.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

“Hazırkı inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna illik inflyasiya, çox güman ki, iyul proqnoz aralığı olan 6,5-7 %-i keçəcək. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və onun 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”, - məlumatda qeyd edilib.

Rusiya Bankı növbəti iclasda da uçot dərəcəsinin artırılması ehtimalını istisna etmir.

İlkin olaraq əksər analitiklərin əsəs proqnozu oktyabrda keçiriləcək növbəti iclasda artım ehtimalı ilə sentyabrda uçot dərəcəsini 18 % səviyyəsində saxlamaq idi.

Əsas məzənnənin səviyyəsi ilə bağlı məsələyə baxılacaq növbəti iclas oktyabrın 25-nə təyin edilib.

ƏN ÇOX OXUNANLAR

0.038623094558716