• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Nazirə də demişəm o bina muzey olmalıdır" - Dövlət Xidmətindən alimin təklifinə REAKSİYA



Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun araşdırmaçı alimi Fariz Xəlilli Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirinin müavini, general-mayor, şərqşünas-alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin Göyçaydakı evinin salamat qalan hissəsi ilə bağlı narahatlığını ifadə edib.

Ölkə.Az xəbər verir ki, o buranın Qafqaz İslam Ordusunun həm də qərargahı olduğunu xatırladıb:

“Nuru Paşa bu evdən Göyçay camaatına, xalqımıza xitab edib. Sahibkara da, icra başçısına da, Türkiyə səfirliyinə də, nazirimizə də demişəm. Bina tarix-mədəniyyət abidəsi elan edilməli, muzey kimi istifadə edilməlidir”, - deyə o bildirib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki,artıq bu istiqamətdə addım atılıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirinin müavini olmuş Sadıq bəy Ağabəyzadənin Göyçay şəhərində yerləşən mülkünün daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən addımlar atılır. 
Belə ki, bununla bağlı tikilinin tarixi, memarlıq əhəmiyyəti, eləcə də sözügedən siyahıya daxil edilməsi ilə bağlı rəy alınması üçün AMEA-ya müraciət olunub.

Verilən rəyə uyğun olaraq, qeyd olunan tiklinin tarixi abidələrin siyahısına daxil edilməsi üçün qanunvericiliyin tələbləri əsasında tədbirlər görüləcəkdir”.

Billurə Yunus


 

ƏN ÇOX OXUNANLAR

0.024095058441162