Ölkə.az xəbər verir ki,Türkiyə Super Liqasında 7-ci turun qarşılaşması olan "Galatasaray" - "Kasımpaşa" (3:3) matçında "Galatasaray"ın yeni transferi nigeriyalı super ulduz Victor Osimhen oyunun 20-ci və 28-ci dəqiqələrində fərqlənərək İstanbul təmsilçisinin heyətində ilk qollarını vurdu. Qeyd edək ki, Victor Osimhen davam edən cari mövsümdə "Galatasaray"ın heyətində 4 matçda iştirak edib 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bitən qarşılaşmada isə digər qolları Qalatasaraydan 34-cü dəqiqədə Mauro İcardi, Kasımpaşadan isə 44-cü dəqiqədə Mamadou Fall, 83-cü dəqiqədə Haris Hajradinović və 90+5-də isə N.Da Costa fərqlənib.