• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Arsenal"ın keçmiş futbolçusu həbs cəzası aldı



İngiltərənin "Arsenal", "Sanderlend", Şotlandiyanın "Seltik" klublarında çıxış etmiş sabiq futbolçu Entoni Stouks 15 ay həbs cəzası alıb.

"Ölkə.az" xəbər verir ki, irlandiyalı oyunçu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

O, 2023-cü ildə ölkəsinin paytaxtı Dublində sərxoş halda avtomobilini yüksək sürətlə idarə etdikdən sonra polis tərəfindən saxlanılıb. Tibbi müayinədən sonra onun yüksək dozalı narkotik vasitələrdən istifadə etdiyi və üzərində gəzdirdiyi müəyyən edilib.

Qeyd edək ki, futbolçu karyerasının parlaq illərini "Seltik"də keçirən 36 yaşlı Entoni Stouks 2010-cu ildən 2016-cı ilə qədər bu klubun heyətində 135 oyunda 58 qol vurub. O, həmçinin 9 dəfə İrlandiya millisinin formasını geyinib.

ƏN ÇOX OXUNANLAR

0.018403053283691