İtaliyanın "Yuventus" klubu yeni müqavilə imzalamayacağı təqdirdə Duşan Vlahoviçi gələn yay sata bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
24 yaşlı hücumçunun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Turin klubu serb futbolçunun illik 24 milyon avro maaşı səbəbindən onun mümkün satışında çətinliklərlə üzləşə bilər.
Qeyd edək ki, cari mövsüm Vlahoviç bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.