• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan bu qüvvələri yenə də məyus edəcək - AÇIQLAMA



"Biz Qərbin istər bəyan etdikləri dəyərlər olsun, istərsə də qlobal problemlərin həlli istiqamətində  müəyyənləşdirdikləri prinsiplərdən öz məqsədləri üçün siyasi təzyiq vasitəsi kimi istifadə etməsi artıq adi bir hala çevrilib. Bu gün biz Qərbin eyni zamanda  qlobal iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək Zirvə toplantısından da bir siyasi təzyiq aləti kimi istifadə etdiyinin şahidi olmaqdayıq".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Məşhur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi qlobal iqlim dəyişikliyinə mübarizədə töhfə vermək olsa da, təəssüflə qeyd etmək lazımdır ki,   Azərbaycanın uğurlarını istəməyən anti-Azərbaycan qüvvələrin, xüsusən də erməni lobbisinin nəzarətində olan  dairələrin tədbirin əhəmiyyətini azaltmaq üçün ölkəmizə qarşı qarayaxma kampaniyasının şahidi olmaqdayıq. "Azərbaycan bu problemin həllində beynəlxalq həmrəyliyə nail olmaq istəsə də, bəzi ölkələr və qüvvələr hər vasitə ilə bu həmrəyliyə mane olub destruktiv  mövqe sərgiləməkdədir.  Xüsusən də bir çox Avropa ölkəsi bu məsələdə daha "aktiv" rol oynamaqdadır. Onlar ya tədribdən imtina yolunu seçir, yaxud da tədbirdən siyasi alət kimi istifadə edib öz çirkin niyyətlərini reallaşdırmaq üçün Azərbaycan təzyiq etməyə çalışırlar. Məsələn, Norveçin  Bakıda keçiriləcək COP29-da iştirakdan imtinası qlobal əhəmiyyətli məsələ ilə bağlı məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil. ", - o qeyd  edib.

Norveçin özündə hələ də həllini tapmayan bir çox ekoloji problemlərin olduğunu qeyd edən deputat əlavə edib ki,  Norveç Baş nazirinin COP29-da iştirakdan imtinası çox güman siyasi qərardır: "Onun bu qlobal sammitə qatılmaq istəməməsi onu deməyə əsas verir ki, Norveçin yaşadığımız planetin  gələcəyini gözləyən təhlükədən və öz ölkəsinin ekologiyasını yaxşılaşdırmaq imkanından imtina edir. Çünki Bakıda keçiriləcək toplantıda iqlim dəyişikliyi ilə bağlı çox mühüm qərarlar qəbul olunacaq. 
Norveçin Baş nazirinin COP29-da iştirak etməməsinin arxasında  daha çox siyasi məqam dayanır. Bu da ondan ibarətdir ki, Azərbaycanı sevməyən müəyyən dairələr COP29-un iflasa uğramasını istəyirlər. Ancaq onların bu arzusu ürəklərində arzu olaraq qalacaq.

Erməni lobbisinin təsir dairəsində olan qüvvələr və digər anti-Azərbaycan qüvvələr isə ölkəmizin  belə bir mötəbər tədbirin öhdəsindən uğurla  hazırlaşdığını və ciddi nəticələr əldə edəcəyini həzm edə  bilmədiklərindən  ölkəmizə qarşı təzyiq xarakterli qarayaxma kampaniyasını həyata keçirirlər. Ancaq bütün bu cəhdlər mənasızdır. Ötən illərdə olduğu kimi, Azərbaycan bu dəfə də ölkəmizə qarşı yönəlik iftiradolu çirkin kampaniyaları dəf edəcək və düşmənlərimizi yenə də məyus edəcək. Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öz ciddi töhfəsini vermiş olacaq". 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.034564971923828