Bakının Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən "Kapitan" çay evində dava düşüb.
Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisəyə 3 nəfər saxlanılıb.
İçkili halda olan Cabir (şərti), Əyyub və Aftandil sözügedən çay evinə gedərək xanım ofisanta qarşı çox nalayiq təkliflər ediblər. Bu zaman çay evində çalışan Zöhrab adlı şəxs onlara qulluq edilməyəcəyini bildirib və çölə çıxmalarını tələb edib. Bu zaman Əyyub yumruqla Zöhrabın boynunun arxasından vurub.
Çay evinin personalı hər üç şəxsi oradan çıxrıblar. Daha sonra həmin şəxslər nalayiq ifadələr işlədərək çayxanın giriş qapısını təpikləyərək, qırmağa çalışıblar. Naxçıvanın Qahab kəndində qeydiyyatda olan 1968-ci il təvəllüdlü Cabir içəriyə daxil olaraq, Zöhraba yenidən xəsarət yetirib.
Məhkəmənin qərarı ilə 1968-ci il təvəllüdlü təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbs edilib.