• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BRICS Azərbaycanın qarşıya qoyduğu hədəflərə uyğundur - Açıqlama



"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar nəticəsində yeni dünya düzəninin formalaşması prosesində ciddi oyunçu rolunda çıxış edən ölkəmiz multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Ümumiyyətlə, Azərbaycanın xarici siyastinin prioritetini beynəlxalq aləmdə müxtəlif güc mərkəzləri arasında çoxtərəfli siyasət təşkil edib və bu siyasət günümüzdə də uğurla davam etməkdədir. Bu baxımdan Azərbaycan milli maraqlarına cavab verən beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurur. Azərbaycanın BRİCS-də iştirak niyyəti həm milli maraqlarımız, həm Vətən müharibəsindən sonra  bölgədə yaratdığımız reallıqların tələbləri baxımdan zəruridir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Sabir Hacıyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçirilən XVI BRICS Sammitində və “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı da bu reallıqlardan irəli gəlir. "Bu gün böyük iqtisadi gücləri birləşdirən əsas marşrutlar, bu istər Qərb-Şərq, istər Şimal-Cənub nəqliyyat dəhlizləri Cənubi Qafqazdan keçir. Burada isə Azərbaycan yolların kəsişdiyi qovşaq ölkədir. BRICS-ə qoşulmaq Azərbaycana Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçiriləcəyi mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətindəki hədəflərinə nail olunmasında xüsusi rol oynayacaq. BRICS ölkələri ilə əməkdaşlıq Azərbaycana öz coğrafi mövqeyindən maksimum yararlanmağa, bu da öz növbəsində ölkəmizin mühüm logistika mərkəzinə çevrilməsi ilə yanaşı, sosial-iqtisadi cəhətdən inkişaf etməsinə imkan yardacaq", - o qeyd edib.

Deputat əlavə edib ki, BRİCS-də iştirak Azərbaycanın beynəlxalq aləmdəki nufuzunun artmasına və yeni dünya düzənində ciddi aktor rolunda çıxış etməsinə imkan yaradacaq: "Bunun üçün BRİCS-ə üzv olan ölkələri siyahısına nəzər yetirmək kifayətdir. Üzv ölkələrin əksəriyyəti Azərbaycanla ikitərəfli və ya çoxtərəfli fortmatda sıx əməkdaşlıq etdiyi ölkələrdir. Digər tərəfdən Azərbaycanın BRİCS-də təmsilçiyili qarşıya qoyduğu hədəflərə, xüsusən də COP29 toplantısının uğurla keçirilməsi, "yaşıl iqtisadiyyata", "yaşıl enerji" istiqamətində bəyan etdiyi hədəflərə nail olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan COP29-u tədbirinə ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyinə qarşı effektiv mübarizə aparmaqla Qlobal Cənubla Qlobal Şimal arasında dialoqu təşkil edən ölkə qismində çıxış edir. Ona görə də Azərbaycanın  BRİCS ölkələri ilə dialoqun aparılması və əməkdaşlığın həyata keçirilməsi zəruridir. Əminəm ki, BRİCS-də təmsilçilik və onun işində aktiv iştirak Azərbaycanın daha güclü dövlətə çevrilib beynəlxalq aləmdə ciddi oyunçu qismində iştirakına geniş imkanlar yaradacaq. BRİCS-də təmsilçilik bütün parametrlərinə görə Azərbaycanın milli və dövlət maraqlarına cavab verir". 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.024764060974121