Hesablama Palatasının 2025-ci il üçün xərcləri artırılır



Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.

Ölkə.az-ın məlumatına görə, bu 2024-cü il ilə müqayisədə 0,2% və ya 31 min 309 manat çoxdur.

Gələn il əməyin ödənişinə 10 milyon 333 min 916 manat, sosial ödənişlər üçün 71 min 124 manat nəzərdə tutulub.

Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 80 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 130 min manat proqnozlaşdırılıb.

Xarici qonaqların qarşılanması üçün 20 min manat vəsait ayrılıb.

ƏN ÇOX OXUNANLAR

GeriIrəli
Dekabr 2024
BÇaÇCaCSB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
0.014116048812866