• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcək



Prezident Cozef Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

“Ölkə.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Gürcüstandakı vəziyyəti şərh edən Miller deyib: “Siz bizim reaksiyamızı necə sərtləşdirdiyimizi gördünüz və biz əlavə sanksiyalar da daxil olmaqla, reaksiyamızı sərtləşdirməyə davam edəcəyik. Bu sanksiyaların konkret nədən ibarət olacağını deməyəcəyəm. Amma bəli, səlahiyyət müddətimiz bitməmiş Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

Xatırladaq ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib.

ƏN ÇOX OXUNANLAR

0.018666982650757