• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda “Avro-5” yanacağının istehsalı ilə bağlı LAYİHƏ - FOTO



Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin məqsədləri açıqlanıb. 

Baki.Media xəbər verir ki, bu barədə SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı layihənin  təqdimatı zamanı bildirib. 

O deyib ki, ölkədə “Avro-5” standartlarına cavab verən benzin və dizel yanacağının istehsalını təmin etmək layihənin məqsədləri sırasında yer alır. 

“Digər məqsəd budur ki, emal prosesi ətraf mühitə az ziyan vursun”, - deyə o qeyd edib. 

E.Alxaslının sözlərinə görə, “Azərikimya” İstehsalat Birliyini neft-kimya xammalı ilə təmin etmək də layihənin məqsədlərinə daxildir:

“Məqsədlərin həyata keçirilməsi üçün hədəf tarixlər də müəyyənləşib. 

Belə ki, “Avro-5” dizel yanacağına hazırlıq üçün tarix 2022-ci ilin ikinci rübü nəzərdə tutulur. 

“Avro-5” benzin yanacağı üçün isə bu müddət 2023-cü ilin ikinci rübündə gerçəkləşəcək. 

Cari mərhələ üçün yekun işlər 2023-cü ilin dördüncü rübündə bitəcək”. 

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

ƏN ÇOX OXUNANLAR

0.085692882537842