- 6
ENDİRİLİR
ENDİRİLİR
Böyük Nəsimi görün nə gözəl deyib:
“Haqdan qaçan, haqqa çatmaz”
Abşeronun İcra başçısı İradə Gülməmmədovanın əvəzindən əsassız həbs edilən Abşeron rayonun baş memarı Akif Əliyevin doğmalarından biri -Yusif Piriyev ölkə başçısına və hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb.
Yusif Piriyev şəkiayətinin bir nüsxəsində redaksiyamıza göndərib və həmin müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“- Hörmətli cənab Prezident,
hörmətli cənablar!
Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayırdı: “Dövlətçilik iki halda sarsıla bilər: Bir günahkar cəsasız qalanda, bir də günahsız cəza alanda”.
Ulu öndərin proqram xarakterli bu sözləri bu gün hüquq- mühafizə orqanlarının bütün məsul əməkdaşları, əməliyyatçıları tərəfindən quran əyyası kimi qəbul edilməli və bu vəsiyyətə dönmədən əməl edilməlidir.
Lakin təəssüflə də olsa qeyd edilməlidir ki, əksər hallarda keçirilən əməliyyatlarda, istintaqlarda və məhkəmə proseslərində bu vacib prinsip pozulur, günahkarlar himayə olunur, onların əvəzinə heç bir təqsiri olmayanlar cəzalanır, bəzən də həbsxanalara atılır.
Hörmətli prezident,
Elə qapınıza pənah gətirməyimə zərurət yaradan da yaxın qohumum, Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin keçmiş müdiri, baş memar Əliyev Akif Ələs oğlunun heç bir günahı olmadan rayonun icra başçısı İradə Gülməmmədovanın ssenarisi və hiyləsi ilə həbs edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasını cinayət məcəlləsinin 311.32-ci və 311.3.3-cü maddələri ilə 10(on) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilməsidir.
Hörmətli cənab prezident,
hörmətli cənablar,
Sizləri daha ətraflı məlumatlandırmaq üçün bildirirəm ki, 2020-ci ilin iyun ayında daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunda vətəndaşların müraciətləri araşdırılarkən müraciətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır.
Məlum olmuşdur ki, Abşeron rayonun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar.
Deyilənləri təsdiq etmək üçün onlarla insan iş aparan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də müstəntiq onları dindirməmiş, onlardan izahat alıb rəsmiləşdirməmişdir.
İcra başçısı İradə Gülməmmədova vəziyyətin dramatik hal aldığını, özünün və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək rayonun baş memarı Akif Əliyevlə danışıqlar aparmaq məcburiyyətində qalır.
Başçı baş memardan təkidlə xahiş edir ki, əgər mən həbs edilsəm sizlər də kütləvi şəkildə həbs olunacaqsınız. Lakin sən mənə qarşı irəli sürülən ittihamları öz öhdənə götürüb tutlsan, mən səni 10 gün müddətinə azadlığa çıxara bilərəm.
İcra başçısının yağlı vədlərinə inanan baş memar səlahiyyətlərinə aid olmayan və icra başçısının ünvanına səsləndirilən bütün ittihamları öz öhdəsinə götürür, 2020-ci ilin iyun ayında həbs edilir və 10 il 6 ay cəza alır.
On gün müddətinə Akif Əliyevi həbsxanadan çıxarmağa qəti söz verən İradə Gülməmmədova və onun rüşvətini yığan qohumları isə azadlıqdadırlar. Lakin heç bir təqsiri olmayan Akif Əliyev başçının cəzasını çəkir.
Əlavə etmək yerinə düşər ki, hər birimiz Allah Taalanın bəxş etdiyi gödək ömür payını yaşayırıq. Bakı Ağır Cinayətlər Məhkəməsi Akif Əliyevə qarşı sürülən ittihamlar ətrafında heç bir araşdırma aparmadan Akifin üzünə dirənən olmadığını, əleyhinə izahat verən heç kimin olmadığını nəZərə almadan tələm-tələsik hökm çıxararaq Ulu Tanrının ona verdiyi ömrün 10 ilini əlindən almışdır.
Bakı Ağır Cinayətlər Məhkəməsi prosessual qaydaları pozaraq Akif Əliyevin hüquqlarının tapdamışdır.
Fürsətdən istifadə edib məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədovdan bu əsassız həbsin araşdırılmasına qəti göstəriş verməyini Akif Əliyevin çoxsaylı qohum əqrabası adından səmimi qəlbdən xahiş edirəm.
Qeyd etmək vacibdir ki, bizləri razı salmayan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilmişdir. Məulmatlarımıza görə Sumqayıt məhkəməsində çox ədalətli, obyektiv qərarlar, qətnamələr çıxarılır. Güman edirik ki, Arif Əliyev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdiriləcək, ədalət şər üzərində zəfər çalacaq.
Hörmətli cənab Prezident,
İcra başçısı İradə Gülməmmədovanı hiyləsi və ssenarisi ilə həbs edilən Akif Əliyev mənim ən yaxın qohumumdur. Əgər onun zərrə qədər təqsiri olsaydı mən dəyərli vaxtınızı alıb Sizə zəhmət verməzdim. Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, onun həbsinin heç bir hüquqi əsası yoxdur. O İradə Gülməmmədovanın əvəzindən tutulub. Onun nə üzünə dirənən olub, nə əleyhinə ifadə verən, nə də iş otağında seyfində rüşvət aşkarlanıb.
O, günahsız günahkar kimi həbs edilib. Akif Əliyevin memar olaraq neçə illərdir ki, bütün səlahiyyətləri o cümlədən möhürü, ştampı da əlindən alınmışdı. Əksər hallarda o işə də getmirdi.
Hörmətli cənab Prezident,
Bu məktubu xüsusi nəzarətə götürməyinizi, Akif Əliyevə qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına və ədalətli qərar çıxarılmasına göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm. Ümidvaram ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyəcəksiniz.
Cənab Prezident,
Sizin edəcəyiniz köməkliyə inanıram, hər şeydən öncə ona görə ki, Sizin yeritdiyiniz siyasi kursunuzun tən ortasnda Azərbaycan vətəndaşı onun təhlükəsizliyi, əmin-arxayın və firavan yaşaması durur. Siz həmişə kimsəsizin kimsəsi, tərəfsizin tərəfində olmusunuz.
18 illik prezidentliyiniz dövründə həyata keçirdiyiniz abadlıq-quruculuq işləri heç bir ölçüyə sığmır. Ədalət naminə deməliyəm ki, bu gün Sizi əvəz edən lider yoxdur, heç qarşıdakı illərdə də olmayacaq.
Siz artıq uzaqgörən siyasət ustası kimi bütün dünyada tanınırsınız. 44 günlük savaşla torpaqlarımızı erməni işğalçılarından azad etməyiniz isə Sizə əbədi ümümxalq məhəbbəti qazandırdı. Sizə eşq olsun, cənab Prezident, dünyanı doyunca yaşayın!
Qoy Ulu Yaradanımız Sizi daim hifz etsin, öz mübarək əlləri ilə həyat yollarınıza, siyasi fəaliyyıətinizə çıraq tutsun, Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!
Səmimi hörmətlə: Yusif Piriyev”
Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adı çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.
Turqut Əziz