• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində anlaşma memorandumları imzalanıb



Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində anlaşma memorandumları imzalanıb. 

Baki.Media-ın məlumatına görə, biznes forum çərçivəsində beş memorandum sənədinin imzalanması baş tutub. 

Belə ki, AZPROMO və Gürcüstan Ticarət və Palatası (GCCİ), Azərbaycan Sənaye və Ticarət Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Sendikası arasında anlaşma memorandumları imzalanıb. 

Həmçinin “AzŞəkər” və “Bayburt Qrup” arasında müqavilə imzalanıb. 

Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Türkiyənin Ticarət naziri Mehmet Muş da iştirak ediblər.

Nigar Məmmədova

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.097325086593628