- 1
ENDİRİLİR
ENDİRİLİR
“Dərhal alış-veriş krediti əldə etməyə imkan verən sistemi Azərbaycanda da tətbiq edə bilərik”.
Baki.Media xəbər verir ki, bu barədə “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz məlumat verib.
O bildirib ki, danışıqlar zamanı buna maraq göstərən banklar da olub:
“Hazırda bunu necə tətbiq edə bilərik, xüsusilə də hüquqi müstəvidə bunu həyata keçirməyimiz üçün qarşımızda hansı amillər dayanır və s. araşdırıb çox uzaq olmayan bir dövrdə Azərbaycanda da anında alış-veriş krediti əldə etməyi təmin edəcək sistemi həyata keçirməyimiz mümkün ola bilər”.
Qeyd edək ki, dərhal alış-veriş krediti əldə etməyə imkan verən sistemlə yüksək dəyərli, o cümlədən avtomobil kimi məhsulların da onlayn alışını həyata keçirmək mümkün ola bilər.
Nigar Məmmədova