• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ilin 11 ayında sosial sığorta daxilolmaları artıb



Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri sosial sığorta daxilolmalarında da artım dinamikasının davam etməsinə şərait yaradıb.

2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığortası üzrə daxilolmalarda ötən ilin eyni dövrünə nisbətən 303,4 mln. manat və ya 9,7% artım qeydə alınıb. 

Daxilolmalarda artım büdcə təşkilatları üzrə 2,7%,  qeyri-büdcə təşkilatları üzrə 11,5% təşkil edib. 

Məcburi dövlət sosial sığorta sistemində iştirak etmək işçinin əmək və sosial hüquqlarına, onun və ailə üzvlərinin gələcək sosial müdafiəsinə  təminat yaradır.

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.074426889419556