• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənistan Azərbaycanla sərhədə qədər 45 kilometrlik dəmir yolu xətti çəkməyə hazırlaşır



“Ermənistan hökuməti dəmir yolunun Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz hissəsinin 45 kilometrlik hissəsini bərpa etməyi planlaşdırır. Bunun üçün təxminən 200 milyon dollar xərcləyəcək”.

Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Ayrılmış yerin uzunluğu (Ermənistan ərazisi boyunca) təxminən 45 km, trasın ümumi uzunluğu isə təxminən 340 km-dir”, - deyə o qeyd edib.

Ermənistan baş nazirinin müavininin sözlərinə görə, Ermənistan və Azərbaycanı birləşdirən dəmir yolu marşrutu dəmir yolu daşımalarının həyata keçirilməsi üçün qəbul edilmiş beynəlxalq qaydalara uyğun olaraq, ərazilərindən keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərəcək.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

  • 9
Rusiyada zəlzələ oldu
0.085472106933594