• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Di Kaprio film çəkilişləri zamanı suya yıxılan itləri xilas etmək üçün özünü donmuş gölə atdı - FOTO



Leonardo Di Kaprio “Don't Look Up” filminin çəkilişləri zamanı gölə düşən itlərini xilas etmək üçün özünü donmuş suyun içinə atıb.

Məlumata görə, film üzərində işləyərkən həmkarı Cona Hill ilə birlikdə qaldığı evin yaxınlığındakı gölə haski iti düşüb. Bunu görən Di Kaprio özünü onun ardınca atıb.

“Mən donmuş göldə nə etdiyimi başa düşmürdüm”, - deyə aktyor olanları xatırlayarkən bildirib.

Di Kaprionun filmdəki partnyoru Cennifer Lourens əlavə edib ki, “Oskar” mükafatçısı iki it xilas edib.

“İtlərdən biri suya yıxıldı, o, iti xilas etmək üçün gölə tullandı. Leo itin birini sudan çıxaran kimi digəri özünü ora atdı”, - deyə aktrisa bildirib.

Hər iki it Di Kaprio və onun həmkarı Con Hill ilə yaşayıb. “Don't Look Up" filminin rejissoru onları “əsl tornado” adlandırıb. Onun sözlərinə görə, Hill və Di Kaprio yaşadıqları evdə itlərin nə etdiklərini əks etdirən fotoşəkilləri davamlı olaraq göndəriblər. Bir dəfə haski hətta divanı parçalayıb.

Qeyd edək ki, “Don't Look Up”ın premyerası dekabrın 24-də “Netflix”də nəzərdə tutulub. Film Yerin meteoritlə toqquşmasını proqnozlaşdıran iki astronomdan bəhs edir.

Filmdə Di Kaprio, Lourens və Hilldən başqa Meril Strip, Keyt Blanşett, Timoti Şalame, Metyu Perri və Ariana Qrande çəkilib.

Mənbə: Happy Sad Confused

ƏN ÇOX OXUNANLAR

0.10273289680481