• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İstehlakçıların hüquqlarının pozulmasına dair 4 500 müraciət daxil olub - RƏSMİ + FOTO



“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cari ilin 11 ayı ərzində istehlakçıların hüquqlarının pozulmasına dair 4 500 müraciət daxil olub”. 

Baki.Media xəbər ər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov deyib. 

O bildirib ki, görülən tədbirlər nəticəsində 330 min manat dəyərində istehlakçı tələbləri təmin olunub: 

“Şikayətlər daha çox istehlakçı ilə sahibkarlıq subyektləri arasındakı müqavilələrlə bağlı, elektron ticarətin tətbiqindən istifadə, xarici ölkələrdən alınan malların daşınması ilə bağlıdır.

Təbii ki, bu istiqamətdə zəruri maarifləndirici tədbirlər görülüb və istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı təlimat verilib”.

Könül Cəfərli

FOTO: Firudin Səlimov

ƏN ÇOX OXUNANLAR

  • 9
Rusiyada zəlzələ oldu
0.081833124160767