• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mikayıl Cabbarov: “Böyük qayıdış”la bağlı bütün aspektlər tədbirlər planında göstərilib”



“2022-2026-cı illərin tədbirlər planını əhatə edən, milli inkişaf prioritetlərindən irəli gələn müvafiq beşillik plan ortaya qoyulub. Yaxın müddətdə onun təsdiqi gözlənilir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində məlumat verib.

Nazir bildirib ki, sənəddə “Böyük qayıdış”la bağlı bütün aspektləri əhatə edən tədbirlər planı aydın şəkildə göstərilib:

“Bu taleyüklü qərarların qəbul edilməsi üçün zəruri olan baza məlumatıdır. Burada qoyulan suallar - biz hansı müddətdə nə qədər iş yeri yarada bilərik, iş yerlərinin yaradılması əhalinin qayıdışı üçün proseslərlə uyğunlaşdırılmalıdır, ya yox, yaşayış standartları barədə hansı faktoru əsas götürməliyik, bunun üçün tələb olunan maliyyələşmə hansı mənbələrdən gələcək və vəsaitin hansı hissəsi dövlət büdcəsindən maliyyələşdiriləcək? Burada özəl sektor üçün də imkanlar görürük.

Sualların siyahısını artırmaq da olar, lakin cavablar il ərzində ortaya qoyulub. Bir sıra cavabların seçimləri var. Bütün bu iş siyasi iradəyə, tapşırığa əsaslanıb. Tapşırıq isə hamımız üçün aydındır: Ən qısa müddətdə bizim həmin ərazilərə qayıtmaq hüququna malik soydaşlarımızın qayıdışını təmin etmək”.

ƏN ÇOX OXUNANLAR

  • 10
Rusiyada zəlzələ oldu
0.078870058059692