• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qarabağda təbiət turizminin inkişafı üçün QHT-lər tərəfindən təkliflər hazırlanıb - FOTO



"Qarabağda turizmin inkişafı üçün kifayət qədər potensial var. İşğaldan azad edilən ərazilərdə təbiət turizminin inkişafı üçün QHT-lər tərəfindən səmərəli təkliflər hazırlanıb".

Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova bildirib.

Birlik sədri qeyd edib ki, işğaldan azad olunan torpaqların çox böyük turizm potensialı var:

"Bu torpaqların təkcə tarixi abidələri deyil, elə təbiəti də kifayət edir ki, turizm potensialını inkişaf etdirmək mümkün olsun. Mən inanıram ki, bu istiqamətdə atılacaq addımlar Qarabağ regionunda digər sahələrin də inkişafına təkan vermiş olacaq. İşğal altında olduğu müddətdə ermənilərin Azərbaycan flora və faunasına vurduğu ziyan milyardlarla dollar dəyərində ölçülür".

N.Qəribova vurğulayıb ki, Qarabağda onlarla bitki növləri var ki, onlar dünyanın bir çox ölkələrində bitmir:

"Qırmızı çinar", "Ardıc" ağaclarının bir neçə növünü misal gətirə bilərik ki, ermənilər onları ya tamamilə məhv ediblər, ya da artıq nəsli tükənmək üzrədir. Qarabağ regionunda həmin növlərin geniş təbliğ edilməsi vacibdir".

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.085472106933594