• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mərkəzi Bankdan ödəniş və köçürmələrlə bağlı QƏRAR



Fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilmiş və güzəşt müddəti 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü il tarixinədək uzadılıb.

Bu barədə Baki.Media-a Mərkəzi Bankdan məlumat verilib.

Bu addım Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti strateji dövr ərzində dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə atılıb.

Qeyd edilib ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.

Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.089010000228882