• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məktəb yoldaşlarını bıçaqlayan 16 yaşlı OĞLAN: “Əslində barışmaq istəyirdim”



Ötən ilin yayında məktəbin həyətində tanışlarını bıçaqlayan 16 yaşlı oğlana hökm oxunub.

Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin iyulunda, Abşeron rayonu, Quşçuluq massivində yerləşən Xırdalan şəhər 8 saylı orta məktəbin həyətində, axşam saatlarında baş verib. Belə ki, 16 yaşlı Qulu Hüseynov (ad və soyad şərtidir) eyni məktəbdə oxuduğu tanışı Həsən Süleymanov və Səbuhi Quliyevə bıçaq zərbəsi endirərək xəsarət yetirib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Qulu Hüseynov deyib ki, onlar bir-birini təxminən 5-6 ildir ki, tanıyır:

“Həsəngilin evi də bizə yaxın yerdə yerləşir. Bizim həm məktəb yoldaşı, həm də məhlə uşağı kimi münasibətlərimiz həmişə yaxşı olub. Son bir ildə isə soyuqluq yaranmışdı. Eşitmişdim ki, o mənim haqqımda danışır. Mənim yaxşı oğlan olmadığımı və qorxaq olduğumu deyib. Bundan sonra biz yolda da qarşılaşanda o mənə söz atmışdı. Mən də instaqramdan ona yazdım ki, görüşüb, danışaq. Əslində mən onunla barışmaq istəyirdim. Özü ilə Səbuhini də gətirmişdi. Görüş zamanı o mənimlə kobud danışdı, mən də əsəbləşib bıçaqla vurdum. Bundan sonra Səbuhi üstümə gəldi. Bir zərbə də ona vurdum və oradan uzaqlaşdım. Əməlimdən çox peşmanam. Ona dəymiş ziyanı ödəməyə hazıram”.

Hadisə zamanı xəsarət alan Səbuhi və Həsən Quludan şikayətçi olmadıqlarını və ona yüngül cəzanın verilməsini xahiş ediblər.  

Həsən ifadəsində bildirib ki, hadisədən öncə Quluya heç bir söz deməyib:

“O bizim iki nəfər gəldiyimizi görüb qorxdu və cibindən bıçaq çıxardı. Əvvəlcə məni vurdu və mən də onun sinəsindən itələdim. Daha sonra Səbuhini vuraraq qaçıb”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

ƏN ÇOX OXUNANLAR

  • 102
Putin Çinə gedir
0.094321012496948