- 6
ENDİRİLİR
ENDİRİLİR
"KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov və holdinqin direktoru Mail İbadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Qətibə Kərimova ifadə verib.
O bildirib ki, 2018-ci ilin iyun ayında "KAT Holdinq"də kreditlə mənzil götürüb: "Razılığa əsasən mənzil dekabr ayında təhvil verilməli idi, verilmədi. Gah dedilər, yanvarda, gah da dedilər, mart ayında təhvil veriləcək. Hər ay vaxtında kredit borcunu ödəsəm də, mənzili mənə təhvil vermədilər.
Hər ay 1000 manat ödəniş etməli olduğum halda 3-4 min manat ödəmişəm. Hazırda 17 min manat borcum var. Evi bizə heç kim təhvil vermədiyi üçün məcburi olaraq mənzilə köçmüşəm. Razılığa əsasən, mənzil tam təmirli halda mənə təhvil verilməli idi. Amma mənzildə heç bir təmir aparılmayıb. Suvaqlı mənzilə köçmüşəm, özüm təmir etdirmişəm".
Şahid Tural Əhmədli isə bildirib ki, adıçəkilən binadan o da mənzil alıb: "Mənzillə bağlı atam birbaşa Elçin Ələkbərovla danışıb müqavilə bağlayıb. Kvadratmetri 1000 manata razılıq əldə olunub, 64,6 kvadratmetr sahəsi olan mənzilə görə 64 min 600 manat pul ödəmişik. Evi nağd pula almışıq. Pulun bir qismini - 30 min manatını notarial qaydada, qalan məbləği isə əlbəəl vermişik. Amma bizə evi təhvil vermədilər. Biz məcburiyyət qarşısında mənzili alıb öz pulumuzla təmir etdirdik. Hazırda mənzildə yaşayıram, amma mənə dəymiş ziyan ödənilməyib".
Digər şahid Elçin Novruzov bildirib ki, 2005-ci ildə Səbail rayonu ərazisindən "KAT" Holdinqdən 362 kvadratmetrlik restoran alıb: "Bir müddətdən sonra obyekti sökdülər. Elçin Ələkbərov dedi ki, sizə obyektin pulunun bir hissəsi qaytarılacaq, bir hissəsinə isə mənzil verəcək. Amma mənzili vermədi. Hazırda bizə 400 min manat borcu qalıb. Bizə dedi ki, obyektə görə hər biri 60 kvadratmetrlik 4 mənzil, 40 kvadratmetrlik isə bir mənzil verəcək. Amma hələ də heç bir mənzili verməyib".
Növbəti proses iyulun 4-də davam edəcək.
İstintaq orqanı tərəfindən Elçin Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.
İttihama görə, Elçin Ələkbərov son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusanın şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb.
Holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib.
Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb. Elçin Ələkbərovun öz adına, övladlarının adına olan əmlaklarla yanaşı arvadı Olqa Ələkbərovanın və arvadının anası Lidiya Deqtyarevanın adına olan Səbail rayonu, Z.Əliyeva küçəsindəki iki mənzilin üzərinə də həbs qoyulub.
Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir. Onunla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Mənbə Teleqraf.com