• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Qarabağ” və “Neftçi”nin Avropa Konfrans Liqasındakı potensial rəqibləri bilindi



“Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Baki.Media xəbər verir ki, Avropa Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə üz-üzə gələcək Ağdam klubunun “play-off”dakı potensial rəqibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmalarında üstün olan tərəf olacaq.

Təmsilçimiz “play-off”a yüksəlsə, ilk görüşü Bakıda keçirəcək.

Həmçinin UEFA Avropa Liqasında yarışan “Neftçi”nin Finlandiya çempionu HİK-ə uduzacağı halda, Avropa Konfrans Liqasındakı rəqibinin kim olacağı müəyyənləşib. Rəqib “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi olacaq.

“Neftçi” Avropa Konfrans Liqasında mübarizə aparsa, ilk matçını Bakıda keçirməli olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında III təsnifat mərhələsi avqustun 5 və 12-də, “play-off” matçları isə avqustun 19 və 26-da baş tutacaq.

ƏN ÇOX OXUNANLAR

0.47870898246765