- 4
ENDİRİLİR
ENDİRİLİR
Türkiyənin vətəndaşları, hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Bekinkayan Kıralın, qəsdən adam öldürmədə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1982-ci il təvəllüdlü Gücenmez Erdemin və narkotik vasitələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1972-ci il təvəllüdlü Talip Ağdemirin verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.