• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sahil Babayevin həbs olunan əmisi oğlu külli miqdarda RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNUR



Dövlət Təhlükəsizik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev barəsində məhkəmə qərar verib.

Baki,Media Qafqazinfo-ya istinadla xəbər verir ki, R.Babayevlə bağlı DTX-nın təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Babayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi.

ƏN ÇOX OXUNANLAR

0.99457812309265