- 6
ENDİRİLİR
ENDİRİLİR
Milli Məclisin sədr müavini Adil Əliyev deputat həmkarı Kamal Cəfərovla birlikdə canına qəsd edən Vətən müharibəsi qazısi, "Mauqli" ləqəbli Elvin Cəfərovun yas mərasimində iştirak edib.
Bu barədə vitse spiker Adil Əliyev Feysbukda məlumat verib:
"Deputat həmkarım Kamal Cəfərovla birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızın öz canlarına qıyması hər birimizi dərindən sarsıdır.
Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm".