- 6
ENDİRİLİR
ENDİRİLİR
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinin Füzuli və Xocavəndə səfər etməsinə münasibət bildirib:
“Mən bu mövzuda müəyyən narazılıqların ifadə edilməsini anlayıram. Əvvəlcə din xadimləri heyyəti işğaldan azad olunmuş ərazilərə, burada ermənilərin törətdiyi vandalizm aktlarına baxsa idi daha yaxşı olardı.
Hal-hazırda İran teokratik dövləti bir çox məsələlərdə Ermənistanı açıq-aşkar müdafiə edir və Azərbaycanın ərazi bütövlüyünə dəstək vermir. İran üzdə Azərbaycanla münasibətlərin yaxşı olduğunu göstərməyə çalışsa da, hələ də 44 günlük Vətən müharibəsinin şokundan ayıla bilməyib.
Bölgədə özünün geo-strateji hədəflərindən uzaqlaşdırıldığını, Türkiyənin geo-siyasi yarışda qələbə çaldığının indi fərqinə vardığına görə Azərbaycana qarşı təxribatların sayını artırır.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyyətinin işğaldan azad olunmuş Füzuli və Xocavənd rayonlarına səyahət təşkil etməsi münasibətlərin yaxşılaşdırma və yaxud İranın dərdimizə hüsni-rəğbət bəsləməsi ilə əlaqədar deyil”.
Politoloq iranlı hərbçilərin Xocavənd və Füzuliyə getməsinin əleyhinə olduğunu qeyd edib:
“Fikrimcə onlar Azərbaycanın uzun müddət işğal altında olan və daş üstündə daş qalmayan Ağdam, Zəngilan və Cəbrayıl rayonuna da getməli idilər. Xocavənddə müəyyən qədər erməni əhali yaşayıb deyə dağıntı azdır. Niyə məhz oranın seçildiyi məndə təəccüb doğurdu. Və üstəlik onlar niyə Cəbrayıla səfər etmirlər? Çünki Azərbaycan ordusu Araz çayı boyunca irəliləyərkən İran müxtəlif maneələr, hətta müəyyən ordu ilə gedişimizin qarşısın almaq üçün təxribatlara əl atmışdı.
Bu səbəbdən Azərbaycan ordusunun marşrut planında dəyişiklik olaraq ermənilərə qarşı təqib hücumunu davam etdirdi. Hərbi uğurlarımız bu təxribat nəticəsində 8 saat gecikdi.
Mənim köhnə məqamlara qayıtmağımın səbəbi İranın müharibə dövründə nəyinki bizim yanımızda olmaması, üstəlik Rusiyadan Ermənistana göndərilən hərbi yardımların hər birinin İran vasitəsilə Ermənistana daşınmasıdır.
İran hərbçilərinin hansı məqsədə Füzuli və Xocavəndə səfər etməsini aydınlaşdırmaq çətindir. Kəşfiyyat xarakterli və yaxud xoş niyyətli bir səfərdirmi? İki ölkə arasında hərbi əlaqələrin dərinləşdirilməsinəmi xidmət edən bir səfərdir? Bu suallara cavab vermək çətindir.
Hər halda bilmək lazımdır ki, İran tərəfindən rəsmi səviyyədə nə qədər gəlib işğaldan azad olunmuş ərazilərə baxsalar, orada ermənilərin törətdiyi vandalizmin şahidi olsalar və Azərbaycanın burada başlatdığı quruculuq işlərini görsələr gerçəklikləri qavramalarına çox kömək olar.
Çünki onlar əks halda burada İsrailin gəlib onların sərhədlərinə qədər dirəndiyini söyləyir və qanımızı qaraldırlar.
Səfər bitdikdən sonra İran tərəfinin reaksiyası ilə bağlı daha dəqiq fikirlər söyləmək mümkün olacaq”.