• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı rəssamın oğlu sanksiyalar səbəbindən 300 kilo oldu



Dünyaca məşhur incəsənət xadimi Nikas Safronovun oğlu çəki alaraq, 300 kq-a çatıb.

"Bakı.Media" medicina.az-a istinadən bildirir ki, onsuz da iri cüssəli olan Luka Zatravkin qısa müddətdə şişmanlaşıb.

Rəssam özü bildirib ki, oğlunun bu vəziyyətinə düşməsinə səbəb son sanksiyalar olub.

"Dost olmayan ölkələrin belə münasibəti onu depressiyaya saldı. Mən ona özünü ələ almağı və arıqlamağı deyirəm. Amma hələ ki, təsir edə bilmirəm.

Bu onun sağlamlığına da ziyandır. Düşmənlərin fikrincə, bəzi brend və fast-food markalarını Rusiyadan çıxarmaqla xalqımızın acından öləcəyini düşünürdülər.

Amma əksinə oldu, yeyib kökəldik. Buna sevinmək lazımdır".

Qeyd edək ki, hələ 250 kq olan vaxtı Luka jurnalistlərə arıqlamaq planı olmadığını demişdi.

ƏN ÇOX OXUNANLAR

0.071360111236572