- 6
ENDİRİLİR
ENDİRİLİR
Real TV-də çörəyin qiymətinin qalxmasıyla bağlı süjetin başlığı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Baki.Media xəbər verir ki, “Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığının sosial mediada müzakirə olunmasına TV rəhbəri Mir Şahin Ağayev belə reaksiya verib:
Həmin yazını təqdim edirik:
REAL TV-NİN ÜSTÜNÜ UNLU GÖRƏNLƏRƏ:
- “BƏLİ, BİZ DƏYİRMANÇIYIQ!”
… Qaragüruh məntiqinə görə un bahalaşmamalıdır, çörək bahalaşmamalıdır, maaş qalxmalıdır, pensiya həddi azaldılmalıdır, hamıya pul paylanmalıdır. Dövlət bütün siyasətini- qaragüruhun aşağı zövqünə istinadla, populist şüarlarla gəvəzələyənlərin mədə-sanuzel təfəkkürünə uyğun qurmalıdır. Dünyanı bürüyən ərzaq böhranının Azərbaycana dəxli olmamalıdır. Piştaxtalar heç nəyə baxmayaraq dolu və hər şey də çooooooox ucuz olmalıdır! Qlobal istiləşmə dünyanın su stressi yaşayan ölkələrindən biri olan Azərbaycana yaxın düşməməlidir.
Qaragüruh məntiqinə görə Qarabağda bütün inşa-bərpa prosesi dayandırılmalı, Ağalıya yollanan köç başda olmaqla Böyük Qayıdış yalnız geri olmalıdır. Azad edilmiş torpaqlara qayıtmamalıyıq. Mədə-sanuzel təfəkkür daşıyıcılarına görə Azərbaycanda vətəndaşın heç bir, o cümlədən soaial məsuliyyəti olmamalıdır. O qlobal böhran zamanı taxıla, una, suya, ekologiyaya yeni tərzdə yanaşmamalıdır. Qənaət etməməli, planetdaşları haqqında düşünməməli, yenə geniş bucağa-geniş qucağa yaşamalıdır. Yer kürəsində baş verən olduqca ciddi böhran prosesləri məsuliyyətsizcəsinə qulaq ardına vurulmalı, cəmiyyətə etinasızlıq, biganəlik təlqin edilməli, xalqı böhrandan ləyaqətlə çıxarmaq istiqamətində görülən işlər gözdən salınmalı, SOSİAL ŞƏBƏKƏLƏR Dövlət əleyhinə tribunaya çevrilməlidir, qaragüruh küçələrə sürülməlidir.
…Bu qənaətə əslində çoxdan gəlmişəm: avam və savadsız, məsum və məlumatsız kontingentin şüuru ilə manipulyasiya edən kərimli-yaqublu-sadiqli-osmanqızı-səfərov-ibadoğlu-və s. toplumunun fəaliyyətini izlədikcə!
Amma niyə indi yazdım:
-deməli, bu əqli əlillər ( hökumət bağışlasın, yeni istilah bura girmir!) Real TV-nin reportajlardan birinə qoyduğu “Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığını tənqid edir, guya bizim “bahalaşdı” sözündən məqsədli imtina etdiyimizə işarə vurur, açıq təhqir edirlər!
Bəli, biz həssas, hər dəyişikliyə hürkərək adekvat olmağa çalışan tamaşaçıya bəzən neqativ xəbərləri nisbətən yumşaq ifadələrlə çatdırırıq. Ona görə ki, istehlakçını hər hansı ehtiyatsız təqdimat əsassız tələskənliyə, yersiz tədarükçülüyə təhrik edə bilər. Bugünlər bu xüsusilə yolverilməzdir! Biz bəzən faktları öz adıyla yox, daha yumşaq sinonimlə çağırırıq. Məsələn, mən bu səbəbdən tutaq ki, qara… sürü yox, qara güruh deyirəm!
Üstümüzü unlu görürsüz?
Yanılmırsız!!! Elədir ki var, unluyuq!
Adımızı dəyirmançı qoymaq istəyirsiz, qoyun! Bu ölkənin Dəyirmanı da, Dəyirmançıları da elə bizik!
Ona görə də çörəyiniz bizdən çıxır! Yeyin. Bacardığınız qədər, girdiyi qədər yeyin! Başlığa gəlincə, Başlıq yerindədi, Siz-başınızın yerində olub-olmadığını yoxlayın!