- 6
ENDİRİLİR
ENDİRİLİR
“Azərbaycanda qiymət artımı məhsul qıtlığı ilə əlaqədardır”. Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Son vaxtlar Azərbaycanda qiymət artımı müşahidə olunur. Əvvəllər qiymətlər ildə bir- iki dəfə artırdısa artıq bu proses hər həftə baş verir. Demək olar ki, hər həftə müextəlif məhsulların qiymətinin artması haqda xəbərlərlə qarşılaşırıq.
A.Nəsirli deyir ki, ölkə ərazisində istehsal edilən kənd təsərrüfatı məhsulları ən yaxşı halda tələbatın tən yarısın ödəyə bilir. Yəni əsas səbəb odur ki, yerli istehsal zəifdir və buna görə də qıtlıqdır:
“Ərzaq buğdasının 25%-ni, ətə olan tələbatın 50%-ni, ağartı məhsullarına olan tələbatın 50%-ni istehsal edə bilirik.
İkinci olaraq isə xaricdən aldığımız məhsullarla bağlıdır. İdxalçılar arasında rəqabət olmadığına və bir mərkəzdən idarə olunduğuna görə istənilən zaman öz təşəbbüsləri ilə bazarda qiyməti tənzimləyə bilirlər.
Məsələn, çörəyin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Ancaq çörəyin qiyməti bir gündə qalxa bilir. Bu nə deməkdir? Əgər rəqabətli bazar olsa idi, çörək istehsalçıları, un istehsalçıları tərəfindən qiymət bir gün ərzində qalxmazdı.
Nə qədər ki, ölkə daxilində istehsal genişləndirilməyib, rəqabətli mühit yaradılmayıb, o vaxta qədər biz Azərbaycanda yalnız qiymət artımı müşahidə edəcəyik”.