• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mikoyana qarşı çıxan azərbaycanlı tarixçi - VİDEO



Əlövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyanın Qızılağac kəndində anadan olub. Çox qısa zamanda tarix elmləri doktoru alimlik dərəcəsi alıb, professor adına layiq görülüb və Elmlər Akademiyasının müxbir üzvü olub. Bu müddətdə Azərbaycan kimliyini tarix elminə gətirib, ilk olaraq bu kimliyin tarixini yazıb.

Azərbaycan tarixçiliyinin formalaşmasında böyük rolu olan Əlövsət Quliyev stalinizm repressiyasının siyahısına düşməsə də, sonradan baş verənlər elm adamını erməni fitnəkarlığı ilə üz-üzə qoyur. 

“Mikoyan elmi müşavirədə bildirir ki, Dağlıq Qarabağ tarixən ermənilərə məxsus olub. Orada çıxış edən bir neçə erməni alim onun fikrini təsdiq edir. Əlövsət Quliyev tribunaya çıxır və Mikoyanın fikirlərini elmi əsaslarla təkzib edir” - deyə tarixçi Sahib Həsənov qeyd edib.

Əlövsət Quliyevin 100 illik yubileyi bu il Salyanda xüsusi qeyd ediləcək. Hazırda rayonda onun adını daşıyan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Salyanda böyük küçələrdən birinə də Əlövsət Quliyevin adı verilib.

 

ƏN ÇOX OXUNANLAR

1.278183221817