- 6
ENDİRİLİR
ENDİRİLİR
"Erkən nikahlarla bağlı burada yalnız müəllim və məktəb direktorunun müdaxilə etməsi imkanları çox məhduddur".
Bakı.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu hallar çox vaxt 9-cu sinifdən sonra baş verir.
"Erkən nikahların kökü və əsas səbəbini məktəbdə görmürəm. Düşünürəm ki, əsas məsələ məktəb deyil.
Əgər məktəb direktoru birbaşa olaraq kiminsə erkən nikaha girməsinə səbəb olursa, birbaşa onu cəzalandıra bilərəm. Qanunvericilikdə direktorun erkən nikaha mane olması ilə bağlı isə öhdəlik yoxdur".
Nazir əlavə edib ki, erkən nikahlarla bağlı məsələ ailəvi məsələlərlə və cəmiyyətlə bağlıdır.