- 6
ENDİRİLİR
ENDİRİLİR
Xəbər verdiyimiz kimi ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşırdılar.
Gundem.az bildirir ki, bu prosesə Ermənistandakı “Demokratik birlik” partiyasının sədri Suren Petrosyan rəhbərlik edirdi. Hətta Suren Petrosyan ailəsi ilə Laçının Zabux kəndində qalacağını bəyan edən video da yaymışdı.
“Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”, - o deyib.
Amma bu gün məlum olub ki, Zabuxda qanunsuz şəkildə məskunlaşdırılmış ermənilərin "özünümüdafiəsi" sabun köpüyündən başqa bir şey deyil. “Demokratik birlik” partiyasının rəhbəri kənddən qaçıb.
Sosial şəbəkələrin erməni seqmentində qınaq və tənqid atəşinə tutulan partiya sədri Facebook-da canlı yayım açaraq bu əməlinə aydınlıq gətirib. "Biz qarşımıza qoyduğumuz vəzifəni -Ağavnonu(ermənilər Azərbaycanın Zabux kəndini belə adlandırırlar-red.) xilas edə bilmədik" deyən Petrosyan ənənəvi erməni xislətini nümayiş etdirib.
Qeyd edək ki, Petrosyanla yanaşı bir neçə erməni də silahlanıb guya Azərbaycan Ordusuna qarşı mübarizə aparan dəstələr təşkil edəcəklərini bəyan etmişdilər.
Xatırladaq ki, Azərbaycan İrəvana işğal zamanı Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonu - sentyabrın əvvəlinədək vaxt verib. Hətta son günlər sosial şəbəkələrdə bu ərazilərdəki ermənilərin evləri və meşələri yandırması ilə bağlı görüntülər də yayılıb.