- 4
ENDİRİLİR
ENDİRİLİR
Milli Məclisin deputatı Tahir Kərimli ilginc iddia ilə diqqəti yenidən özünə çəkib. Onun sözlərinə görə, bu bəzi agentliklərin, saytların icra strukturlarında olan imkanlı şəxslərin əlində olmasından qaynaqlanır: “Onlar özlərindən zərbəni yayındırmaq üçün deputatlardan qalxan kimi istifadə edirlər. Ancaq bu heç kimə icazə vermir ki, istər deputat, istərsə başqa şəxslər haqqında yalan xəbərlər, şər-böhtan yaysın…”
Tahir Kərimlinin sözlərinə görə, insanlar fikirləşirlər ki, deputat seçicilərin adından olan təmsilçidirsə və xalq onu seçibsə, deməli, onu tənqid və hər şey tələb etmək hüquqları var: “Ancaq düşünmürlər ki, bəzi məsələlər deputatın səlahiyyətindədir, ya yox. Bəzən deputat müəyyən məsələləri yerinə yetirə bilmir. Buna ya onun səlahiyyəti imkan vermir, ya da gücü çatmır. Hətta icra orqanları da bəzən deputatın sorğularına cavab vermir, telefonlarını belə götürmürlər və saymazlıq edirlər. Bəzən icra strukturunun rəhbəri minlərlə, onminlərlə insana rəhbərlik etdiyini düşünür. O, milyonlarla pulun dövriyyəsinə nəzarət edir və müəyyən şəkildə saymazlıq göstərir.
Təəssüf ki, bu halda vətəndaşlar icra orqanının nümayəndəsini, o işi görməyə məsul olan şəxsləri deyil, deputatları hədəf seçirlər”.
Deputatların tənqid edilməsinin bir günahını da media ilə əlaqələndirmək nə dərəcədə doğrudur? Deputatların bəzilərini ərazi üzrə seçiciləri belə tanımırsa, bəziləri illərlə mandat daşımasına baxmayaraq bir dəfə ağzını açmırsa burada medianın nə günahı var?
Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov Musavat.com-a danışıb:“Hansısa məsələyə münasibət bildirmək və yaxud bildirməmək hər kəsin öz haqqıdır. Hansısa media müxtəlif sahələr üzrə villər vəkilinə müraciət edir, o da məsələyə öz münasibətini, rəyini bildirir. Bəzən bu rəy və fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, Milli Məclisdə müxtəlif sahələri təmsil edən deputatlarımız var. Yəni parlamentdə hüquqşünas, həkim, beynəlxalq münasibətlər üzrə həmkarlarımız var. Yaxşı olardı ki, hər kəs öz sahəsi üzrə olan məsələyə münasibət bildirsin. Yəni özünün bildiyi, məlumatı olduğu sahə üzrə danışsın. Bir millət vəkilinin bütün məsələləri bilməsi, onlara rəy verməsi peşəkarlıq demək deyil.
Bəzi media qurumları millət vəkillərini ekspert kimi görür və bir çox məsələlərdə onlara müraciət edir. Lakin qeyd etdiyim kimi, bir millət vəkili bütün sahələr üzrə məsələlərə münasibət bildirə bilməz. Doğrudur, bəzi məsələlər var ki, onlar ümumidir, cəmiyyəti narahat edir, dövlət əhəmiyyətlidir, bu zaman əlbəttə ki, ona rəy bildirilməlidir. Hesab edirəm ki, media da sualı verəndə seçim edərək verməlidir. Yəni, hər məslə ilə bağlı bütün millət vəkillərinə müraciət etmək doğru deyil.
Millət vəkili hansısa qurumun deyil, xalqın, millətin vəkilidir və onun hüquqlarını müdafiə etməlidir, onun yanında olmalıdır, həmçinin təmsil etdiyi partiyanın. Nə vaxt ki, şəxsi mənafelər güdüləndə, əlbəttə ki, , inşalarımız, cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də bizim hər birimiz diqqətli olmalıyıq.
Bəzən də həmkarlarımız hansısa məsləyə adekvat münasibət bildirməyəndə təbii olaraq bu media, cəmiyyət tərəfindən birmənalı qarşılanmır və bəzən də gülüş hədəfinə çevrilir. Ona görə də hesab edirəm bu məsələdə hər birimiz maksimum dərəcədə diqqətli olmalıyıq”.
“Siz də tənqidlə üzləşmisinizmi və bunun nə qədər qərəzli hesab etmişiniz” sualına isə millət vəkili bu cür cavab verdi: “Təəssüf ki, bizim cəmiyyətimiz son illər olduqca aqressivləşib. Artıq bir sıra hallarda cəmiyyətdə ayrı-ayrı şəxslərə qarşı hörmətsiz yaşamanı görürük. Bəzən tanımadan, bilmədən, söyüş, təhqir ritorikasından istifadə olunur ki, bu da yolverilməzdir. Xüsusən də sosial şəbəkələrdə getdikcə bir-birinə qarşı aqressiv , hörmətsiz münasibət, eyni zamanda ümumiləşdirmə amili çox geniş yayılmağa başlayıb. Əlbəttə ki, bütün sahələrdə, o cümlədən mediada, tibdə, təhsildə, eləcə də Mili Məclisdə öz vəzifəsini layiqincə yerinə yetirən insanlar var. Ola bilsin ki, hansısa sahədə vəzifəsini yerinə yetirməyənlə də var, amma bunu ümumiləşdirmək olmaz.
Son vaxtlar millət vəkillərinə qarşı ümumiləşdirilmiş aqrresiv münasibət olur ki, bunun da anlamaq olmur. Biz millət vəkilləri, məmurlar hər birimiz ayrı-ayrı formalarda çalışmağımıza baxmayaraq bu və digər formada dövlətçiliyə xidmət edirik. İstər hansısa məmurun və yaxud millət vəkilinin səhvi varsa, bu obyektiv tənqid ola bilər, amma söyüş, təhqir, tənqid deyil. Bəzən internet resuslarında hansısa məsələyə rəy bildirirəndə şərhlərə baxırsan ki, söyüş, təhqir, ironiya baş alır. Bunlar qəbul edilən deyil. Kimsə hansısa millət vəkilinin fəaliyyətindən narazı ola bilər, amma bu o demək deyil ki, onu söyməli, təhqir etməlidir. Ümumiyyətlə, düşünürəm ki, son dövrlər cəmiyyətimiz, insanlarımızın müəyyən bir hissəsi üçün heç bir dəyər, hörmət, eləcə də hörmətli, dəyərli şəxsiyyət qalmayıb. Onda biz hamını təhqir edək, alçaldaq, söyək. Bəs yaxşı sonra? Sonra bu millətin öndə gedəni kim olacaq? Gənclik kimi özünə nümunə götürər? Yəni bu, çox ciddi məslədir”.