• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nüşabə Məhərrəmlikdə yas tutanlardan danışdı: “İlboyu hər hoqqadan çıxıb...” - Video



Müğənni Nüşabə Musayevanın qızı Elnarə ailə qurmağa hazırlaşır.

Sosial şəbəkə hesabında Türkiyədə təhsil alan övladına evlilik təklifi edildiyini bildirən ifaçı bu dəfə onun elçilik-həri mərasimindən görüntüləri paylaşıb.

Baki.Media xəbər verir ki, heri mərasimindən  video paylaşan Musayevanın bu addımı birmənalı qarşılanmayıb. Belə ki, bəzi pərəstişkarları ifaçını Məhərrəmlikdə bu cür mərasim keçirdiyinə görə tənqid edib.

Müğənni bu tənqidlərə sərt reaksiya verib:

“Harada yazılıb ki, Məhərrəmlikdə elçi getmək, qız vermək olmaz? O yazını tapıb göndərin mənə. İlboyu hər hoqqadan çıxıb yalnız Məhərrəmlikdə imana gəlib Allahı xatırlayan cahil insanlar! Savadsız düşüncələriniz sizi məhv edib”. 

Qeyd edək ki, ifaçının qızı türk vətəndaşı ilə ailə quracaq.

Həmin mərasimdən görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.8533718585968