• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qubadlıdakı mina partlayışı ilə bağlı - Rəsmi AÇIQLAMA



Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Baki.Media xəbər verir ki, bu barədə Teleqraf.com-a Qubadlı rayon prokurorluğundan bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.019443988800049