• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tembole, alim ADAMLARIQ



İdris ABBASOV

 

Əbil müəllim, deyillər bir vəkili və bir jurnalisti gecəynən qandallayıb basıblar dama.

Açıqlamada oxudum ki, arvada hədə-qorxu gəlib rüşvət alıblar və sonra da razılaşmanı pozublar, yəni jurnalist həmin arvadın türmədə olan ərinin piyarını aparmayıb.

Canım, professorum Əbilciyəzim, axı, hədə-qorxu hara, razılaşma hara? Bunlar uyğun gəlmir e.

Deyirəm, birdən bizə də ilişərlər, hə? Yüz minlərlə qrant yemişik, baş akademiklə, direktorla nələr etməmişik?! Hələ rektorlara əl düzəldib etdiyimiz tələbə perevodlarını-zadı demirəm e.

Tələbələrlə, dissertantlarla alveri heç dilə gətirmirəm. Elə təkcə, vallah, mülklərimizin qiymətini hesablasalar, neçə milyonlar ortaya çıxar, qanımız gedər.

Ay qız Sənəmcan, qurban sənə, narahat olma, canım-gözüm! Bizə aidiyyəti yoxdur. O, siyasi məsələdir. Canları çıxıb dinc oturaydılar, tutulmayaydılar da. Onlar kimi milyonları olan vəkillərimiz də, jurnalistlərimiz də var.

Onlara niyə dəymirlər? Çünki adam kimi yeyillər də, təriflərini də, üzədurmalarını da vaxtlı-vaxtında edirlər. Guya bu yetimçələr xalqın qeydinə qalan olublar? Elələrinə ölüm hökmü vermək lazımdır! Bizə gəlincə, ay Sənəm, nə etmişik ki?

Uşaqlarımıza gün ağlamışıq da. Düzdür, mənə deyə bilərlər ki, oğlun Pensilvaniyada nə qələt edir o lotunun yanında? Amma povod vermərəm axı.

Sutkanın 24 saatının 18 saatını tərif deməklə, günahsız əbləhlərin üzünə durmaqla məşğulam. Bu dövlətin axırına çıxanda bir öküz kəsib paylayacağam yetim-yüsürə. Sən də qorxma, Sənəmcan, bil ki, akademik olmağa hazırlaşan ünlü, mallı-mülklü professor Əbil İşbazoğlu Müşkülzadənin himayəsindəsən.

Bu dəqiqə o vəkillə jurnalisti öldürüb qanını villalarıma sürtməyə hazıram. Qan qırmızı ordeni mənə elə-belə verməyiblər ki! Təki, xaricdə kef edən balarımızın canı sağ olsun. Onlar Amerikanın, İngiltərənin parlaq simalarına çevrilməkdədirlər.

Qızıma Angela, oğluma Karmen deyirlər. Soyadlarını da özləri Muşkulson (Mushculson) ediblər. Hə, Sənəm, qızın ingiliscə yaxşı şeirlər yazır ha (Birini oxumuşam:

Oh my love?

My love! Where are you?

Don’t leave me! I’ll die without you.

I bleat like sheep...

Silence and tears...

Come to sleep together.

I kiss you.

I sacrifice mother’s money for you.

Come quickly. I embrasse and kiss you..).

Əhsən, düz yoldadır. Hər axşam yatağa girməzdən qabaq oxuyuram o şeirini. Məktəbi qurtaran kimi onu da göndərərsən Pensilvaniyaya mənim oğlumun yanına.

Bura Vətən deyil e, Sənəmcan, ov ovlayıb, quş quşlamaq üçün bacarıqlıların müvəqqəti dayanacaq yeridir, əsl oylaqdır!

Odur e, özünü şeirə, qəzələ tutduran milyoner hedonist akademikim elə mədhiyyə deyir ki, qanun onun qarşısında diz çöküb təslim olur, bütün səalhiyyətliləri ovsun-ovsun ovsunlayır.

Haydı, kefində ol, vecinə alma. Kimi tudular, kimi buraxdılar, nəyi aldılar, nəyi satdılar bizə nə?

Biz öz işimizi görüb aradan sağ-salamat çıxmalıyıq.

Tembole, alim adamlarıq!

ƏN ÇOX OXUNANLAR

0.086220026016235