• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib



Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

Bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, avqustun 5-də nümayəndə heyətimiz İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.

İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

ƏN ÇOX OXUNANLAR

0.093894004821777