- 6
ENDİRİLİR
ENDİRİLİR
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün hər zaman açıq olmalıdır”.
Bu sözləri Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” nəşrinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, KTMT-yə üzvlüyə əngəl ola biləcək yeganə məqam təşkilatın nizamnaməsində iştirakçı ölkələr arasında diplomatik münasibətləri nəzərdə tutan bəzi maddələrdir, hazırda isə Ermənistanla Azərbaycan arasında belə münasibətlər mövcud deyil.
“Biz ümid edirik ki, gec və ya tez bu baş verəcək, münasibətlər qurulandan sonra artıq məsələni praktiki səviyyədə qaldırmaq mümkün olacaq”, - deyə A.Rudenko bildirib.