- 6
ENDİRİLİR
ENDİRİLİR
May ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “Qazel” markalı avtomobillər prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.
Postun fəaliyyətini qısa müddətdə pozan beş nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.