• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İbtidai sinif üzrə işə qəbulu imtahanlarında yüksək nəticə toplayanlar



İyulun 9-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçirilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahana 3 291 namizəd dəvət olunub. Namizədlərdən Lalə Sadıxova və Gülər Qafarova 60 bal toplayıb.

İbtidai sinif üzrə imtahanlar 12 iyul tarixində də davam etdiriləcək.

Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

 

ƏN ÇOX OXUNANLAR

1.9293859004974