• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran qüvvələri hərbi təlimlər zamanı Arazı hardan keçib? - FOTOFAKT



Xəbər verildiyi kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bir neçə bölmənin iştirakı ilə ölkənin şimal-qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpü tikmək və Araz çayını keçmək üzrə məşq edib.

İran İslam Respublikası bu təlimlərlə Ermənistan ərazisində “Zəngəzur dəhlizi”nin açılmasına mane olmağa çalışır. Dolayısı ilə Azərbaycan Respublikasını təhdid edən Tehran rəsmiləri ard-arda “sərhəddə geosiyasi dəyişiklik bizim qırmızı xəttimizə təhlükədir” mesajı verməklə “Zəngəzur dəhlizi”nin açılmasına imkan verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, təlimlər zamanı Araz çayı üzərində ponton körpü tikərək, qarşı tərəfə keçməyi məşq edən İran hərbçiləri bunu ölkənin öz ərazisində həyata keçiriblər.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-lərində yer alan məlumatlarda bildirilib. 

Yəni, bəzi sosial şəbəkə istifadəçilərinin iddia etdiyi kimi, iranlılar Azərbaycan Respublikasının ərazisinə daxil olmayıblar. Onlar bu məşqi Araz çayının ortasındakı İrana məxsus olan kiçik bir arada keçid etməklə reallaşdırıblar. Hərbçilərin keçdikləri su xətti isə Arazın İran ərazisindən axan bir qolu olub.

İran hərbçilərinin Arazı hardan keçdiklərini göstərən fotoşəkilləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.10321688652039