• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Neftçi”nin iki futbolçusu Helsinkiyə aparılmadı



“Neftçi”nin iki futbolçusu Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyib.

Baki.Media-ın əldə etdiyi məlumata görə, “Olimpiakos”la ilk oyunda başından ciddi zədə almış və əməliyyat keçirmiş hücumçu Namiq Ələsgərov Bakıda qalıb və fərdi məşqlərlə kifayətlənib.

Komandanın portuqaliyalı mərkəz müdafiəçisi Uqo Baştu isə qrip olub. Onun testi neqativ çıxsa da, Helsinkiyə gedən heyətdə ona ehtiyac duyulmayıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK - “Neftçi” oyunu avqustun 12-də keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.11362504959106