- 0
ENDİRİLİR
ENDİRİLİR
Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyununu Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da izləyəcək.
Baki.Media-ın xəbərinə görə, o, oyunun keçiriləcəyi “Bolt Arena”ya təşrif buyurub.
Ondan başqa, görüşü 40-a yaxın Helsinki və yaxın ətrafdakı şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər də izləyəcək.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Musayev, Helsinki