• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

OPEC ölkələri neft hasilatını artırıb



Ötən ayın yekunlarına əsasən, OPEC üzvü olan ölkələr neft hasilatını artırıb.

Bu barədə təşkilatın bu gün dərc edilən aylıq hesabatında bildirilib.

Hesabatda ay ərzində sutkalıq hasilatın 640 min barrel artaraq 26.66 milyon barrelə çatdırıldığı qeyd edilib.

Artımın başlıca olaraq, Səudiyyə Ərəbistanı, İraq və Nigeriyanın hesabına baş verdiyi vurğulanıb.

Bildirilib ki, təşkilatın digər üzv dövlətlərindən fərqli olaraq, Anqola və Venesuelada hasilat həcmi azalıb.

ƏN ÇOX OXUNANLAR

0.11273002624512